Avropa Liqasında ispanlar "döyüzəcək"
Avropa Liqasında yarımfinal mərhələsinə dünən yekun vurulub.İspaniyanın iki təmsilçisi Valensiyada üz-üzə gəlib. Burada yerli "Valensiya" klubu Madrid "Atletiko"su ilə qarşılaşıb. İlk görüşdə 2:4 hesabı ilə uduzan "Valensiya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu oyunda da qələbə qazanan Madrid təmsilçisi finala yüksəlib - 1:0.
Digər oyun da İspaniyada keçirilib. Burada yerli "Atletik" (Bilbao) klubu Portuqaliyanın "Sportinq" komandası ilə münasibətlərinə aydınlıq gətirib. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan Bilbao təmsilçisi bu görüşdə mütləq qələbə qazanmalı idi. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Atletik" finala yüksələn növbəti komanda olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11