"Xəzər Lənkəran" xalının geri qaytarıldığını, AFFA isə hələ bəlli olmadıgını deyir
?Xəzər Lənkəran? Futbol Klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb.Klubun rəsmi saytının xəbərinə görə, məktubda ?Xəzər Lənkəran? FK tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində yetirildiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə etdiyi sorğunun səhv olunması qeyd olunub.Bununla da, adıçəkilən məktubda FİFA İntizam Komitəsi həmin sorğunun icrasının AFFA tərəfindən ləğv edilməsi və ?Xəzər Lənkəran? FK-nun 6 xalının dərhal bərpa edilməsini barədə ölkə futbol federasiyasından tələb olunub.
Həmin 6 xalın geri qaytarılması isə AFFA-nın müvafiq komitələrinin növbəti yığıncağında rəsmiləşəcək.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Qol.Az saytına açıqlamasında bu barədə quruma FİFA-dan heç bir məktubun daxil olmadığını bildirib: "Xəzər Lənkəran" klubundan silinmiş altı xalın geri qaytarılması ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Mən bu xəbərin nə dərəcədə real olduğunu deyə bilmərəm. Gərək bizə məktub daxil olsun ki, bunun həqiqiliyinə inanaq".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11