Unibank Premyer Liqada 29-cu turun 2 qarşılaşmasına start verilib. Hər iki oyun ikinci "altılığ"a təsadüf edib. Paytaxtın "Rəvan" klubu öz meydanında "Turan"ı qəbul edib. Son turda "Simurq"la 0:0 bərabərə qalan Tovuz təmsilçisi bu görüşdə yalnız qələbə razı salacaqdı. Lakin hesabda geri düşməsinə baxmayaraq, "Turan" görüşdən bir xalla ayrılıb - 2:2. Günün digər qarşılaşması isə Zaqatala şəhər stadionunda baş tutub. Burada yerli "Simurq" klubu Unibank Premyer Liqanın aşkar autsayderi "Sumqayıt"la qarşılaşıb. Bu görüşdə "Simurq"u bir xal qane etdiyi halda, Sumqayıt təmsilçisi mütləq qələbə qazanmalı idi. "Sumqayıt" bu oyunda məğlub olacağı təqdirdə elitada qalmaq şansını daha da çətinə salacaqdı ki, belə olub - 1:2. Qeyd edək ki, 29-cu turun qalan görüşləri sabah keçiriləcək. İlk "altılıq"da 3, ikinci "altılıq"da isə 1 qarşılaşma baş tutacaq.