"Qalatasaray" qalib gəldi, tərəfdarlar hakimi döymək istədi
Türkiyə Superliqasının final mərhələsində təxirə salınmış "Beşiktaş" - "Qalatasaray" matçı liderin qələbəsi ilə başa çatıb. Matçın 24-cü dəqiqəsində Melo, 79-cu dəqiqəsində isə Aydın Yılmaz "Qalatasaray"ın qələbəsini təmin edən qolları vurublar.
Derbi, təkcə bir-birindən maraqlı oyun epizodları ilə yadda qalmayıb. Hakim Hüsüen Gökçəyin qərarlarına tez-tez etiraz edən ?Qara Qartal?lı tərəfdarlar oyunboyu onu fitə də basıblar. Bir neçə dəfə buna görə matça fasilə verilib. Hətta bir neçə tərəfdar meydana daxil olub, hakimi vurmağa da çalışıblar. Lakin təhlükəsizlik qüvvələri buna imkan verməyiblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11