"Fənərbaxça" rəqibini penaltilərlə yendi
Türkiyə kubokunda 1/4 final mərhələsinin növbəti oyunları çərçivəsində doğma azarkeşləri önündə "Kayserispor"u qəbul edən "Fənərbaxça" çətinliklə də olsa, yarımfinala adlayıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "sarı lacivərdlilər" ikinci hissənin başlaması ilə qapılarında ikinci qolu da görüblər. Amma cəmi iki dəqiqə sonra ?Fənər? bu qoldan birinin əvəzini çıxıb. Matçın sonuna əlavə edilmiş 3 dəqiqənin axır saniyələrində isə ?Kayserispor? Musa Souya mane ola bilməyiblər ? 2:2.
Matça əlavə edilmiş 30 dəqiqə ərzində qapılarda qol olmayınca, yarımfinalçının adı penaltilərlə müəyyənləşib və ?Fənərbaxça? rəqibni 5-4 yenərək növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 1/4 final mərhələsindəki "Karabükspor" - "Boluspor" və "Sivasspor" - "Bursaspor" qarşılaşmaları bu axşam oynanılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11