?Barselona? ?Milan?ı yarıyolda qoydu
Dünən Çempionlar Liqasında ilk 2 yarımfinalçı müəyyənləşib. İspaniyanın ?Barselona? və Almaniyanın ?Bavariya? klubları ¼ final səddini uğurla adlayıblar. ?Barselona? İtaliyadakı ilk görüşdə qolsuz heç-heçə etdiyi ?Milan?ı ?Nou Kamp? stadionunda məğlub edib ? 3:1. Kataloniya komandasının qollarından ilk 2-ni Lionel Messi vurub. Argentinalı hücumçu hər 2 halda penaltidən fərqlənib. ?Bavariya? isə ?Marsel?ə Fransada olduğu kimi, Almaniyada da eyni hesabla qalib gəlib. Bu görüşdə isə İvitsa Oliç ?dubl? edib.
Qeyd edək ki, ?Barselona? və ?Bavariya?nın yarımfinaldakı rəqibləri aprelin 4-də müəyyənləşəcək. ?Real Madrid? (İspaniya) ? APOEL (Kipr) cütünün qalibi ?Bavariya?ya, ?Çelsi? (İngiltərə) ? ?Benfika? (Portuqaliya) cütünün qalibi isə ?Barselona?ya rəqib olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11