Topal qol vurdu, komandası axsadı
Dünən axşam saatlarında Avropa Liqasınnın 1/4 final mərhələsinin digər maraqla izlənilən qarşılaşmalarından biri, türk əsilli Mehmet Topalın heyətində çıxış etdiyi İspaniyanın "Valensiya" komandası Hollandiyada "AZ Alkmaar"a məğlub olub. Oyuna sürətli başlayan ispanlar qol vuramayınca, ev sahibləri 45-ci dəqiqədə Holmanla hesabda önə çıxıb ? 1:0.
İkinci hissəyə bir qədər fəal start verən Mehmet Topalın komandası "AZ Alkmaar"ın qapısına 6 dəqiqə sonra yol tapıb. 51-ci dəqiqədə Mehmet Topal hesaba tarazlıq gətirsə də, 79-da Martensin vurduğu qol ev sahiblərinə qələbə qazandırıb.
Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşması aprelin 5-də keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11