AFFA ?Neftçi? klubunun cəzalandırıb
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer liqanın XXV turunun oyunlarında baş verənlər də müzakirə olunub. ?Qəbələ? ilə matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə üzündən meydandan qovulan ?İnter?in futbolçusu Xəyal Mustafayev 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. ?Turan? ? ?Rəvan? qarşılaşmasının 73-cü dəqiqəsində ikinci sarı vərəqə üzündən qonaqları azlıqda qoyan Taqim Novruzovun da cəzası eyni olub.
?Neftçi? və ?Xəzər Lənkəran? arasındakı oyunda baş verənlər də cəzasız qalmayıb. Matçın 85-ci dəqiqəsində ?Neftçi?nin azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə edilməsi bakılılara 1000 manata başa gəlib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11