"Real" xal itirdi, "Atletiko" isə əliboz döndü
İspaniya La Liqasının dünən axşam saatlarında 27-ci turun son oyunları keçirilib. Doğma azarkeşləri önündə "Vilyareal"ı qəbul edən "Levante" turu 3 xalla başa vurub. Suarezin matçın 90-cı dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb. Səfərdə "Malyorka"nın qonağı olan və Türkiyə millisinin oyunçusu Arda Turanın çıxış etdiyi "Atletiko" (Madrid) klubu isə meydanı məğlub tərk edib.
Rəqibinə 1:2 hesabı ilə uduzan Madrid təmsilçisi turu xalsız başa vurub. "Valensiya" klubu isə böyükhesablı qələbəyə sevinib. Səfərdə "Atletik" (Bilbao) ilə qarşılaşan "yarasalar" rəqibini 3 cavabsız qolla məğlub edib. Madridin "Real" klubu isə bu tur doğma meydanda "Malaqa"nı qəbul edib. Fasiləyə üstün yollanan "Real" matçın sonlarında qələbəni əldən verib. Kazorlunun 90-cı dəqiqədə vurduğu qol qonaqlara 1 xal qazandırıb - 1:1.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11