?Aslan? ?Fənərbaxça?ya ?dizi?ni batıra bilmədi
Türkiyə super liqasında dünən dünyanın ən böyük maraqla izlənilən 3 əsas derbisindən biri baş tutub. İstanbulun ?Şükrü Saracıoğlu? meydanında əzəli rəqiblər ?Fənərbaxça? və ?Qalatasaray? qarşılaşıb. Oyuna çox sürətli və istəkli başlayan ?Fənərbaxça?lılar rəqibinə demək olar ki, mərkəzə yaxınlaşmağa imkan verməyiblər. Elə bu basqıların nəticəsidir ki, artıq 10-cu dəqiqədə Mussa Şounun, 16-da isə Aleksin qolu ilə əzəli rəqibləri şoka düşüb. Lakin Fateh Terimin yetirmələri qısa bir zamanda özlərini toparlayaraq, tədricən oyuna tarazlıq gətirməyə başlayıblar. Nəhayət, 36-cı dəqiqədə Necati Atəşin ötürməsi ilə derbilərin isveçli qol aparatı Johan Elmander hesab arasındakı fərqi azaldıb ? 2:1. Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib.
İkinci hissəyə daha istəkli və təmkinli start verən ?Qalatasaray?lılar rəqibi üzərində üstünlüyü ələ alıb. Lakin Terimin yetirmələri hesabdakı fərqi 83-cü dəqiqəyə qədər dəyişə bilməyiblər. 83-cü dəqiqədə Hakan Balta Johan Elmanderin ötürməsiylə hesaba tarazlı gətirib ? 2-2. Qalan dəqiqələrdə qol olmayınca hesab dəyişməyib.
Xatırladaq ki, son illər ?Aslan?lar ?Fənər?ə səfərdə qalib gələ bilmirlər.
[center][/center][center][/center]
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11