Çempionlar liqasının dünən axşam saatlarında keçirilən cavab qarşılaşmasında ?Çelsi? İtaliyada 3-1 məğlub olduğu ?Napoli? ilə mübarizədən çətin qələbə qazanıb. 28-ci dəqiqədə Droqba komandasının önə geçirib, 47-ci dəqiqədə isə Con Terri gözəl baş zərbəsiylə komandasının üstünlüyünü 2-0-a çatdırıb. Ancaq 55-ci dəqiqədə ?Napoli?nin türk əsilli qolçusu Gökhan İnler fərqi bir topa endirib - 2-1. Bu hesab ?Çelsi?ni qane etmədiyindən ?Zadəgənlar? hücumlarını intensivləşdiriblər və nəhayət, 74-cü dəqiqədə penaltidən Frank Lampard ?Çelsi?yə ümid verən qolu vurub ? 3-1. Oyunun əsas vaxtı bu hesabla bitdiyindən hakim oyuna yarımsaat əlavə edib. Əlavə edilmiş birinci 15 dəqiqənin son saniyələrində isə Branislav Ivanovic ?Çelsi?ni növbəti tura çıxardan qola imza atıb ? 4-1. Dünən ?Real Madrid? isə Rusiyada 1-1 bərabərə qaldığı ?CSKA Moskva?nı qol yağışına tutub. Madrid komandasının qollarını Hiquain, Ronaldo (2) və Benzema vuraraq, komandalarının adını finala yazdırıblar.