Dünən Türkiyə super liqasında ?Trabzonspor? 30-cu turun qapnış matçında ?Sivasspor?u evinə ?boyunu bükük? göndərib. Düzdür, matçın 37-ci dəqiqəsində ?Sivasspor? hesabda önə çıxıb. Pedriel hesabı açıb. Amma Şenol Günəşin çalışdırdığı ?Fırtına? nəinki hesaba tarazlıq gətirə bilib, həm də qələbə topunu vurmaqla, ilk 4-lükdə çempionluq uğurunda yarışa şərik olduğunu sübut edib. Ev sahiblərinin qollarını 69-cu dəqiqədə Alanzinyo, 81-də isə Volkan Şən vurublar.