gn=left]droqba_1.jpg[/libt] İngiltərə Premyer Liqasında dünən yeni baş məşqçi Roberto Di Matteonun rəhbərliyi ilə meydana çıxan ?Çelsi? qarşılaşmanı 10 nəfərlə bitirən ?Stoke Siti?ni minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 68-ci dəqiqədə Didye Droqba vurub.Ötən həftə ?Vest Bromviç?ə 1-0 məğlub olmaqla, baş məşqçi Villas-Boas ilə yollarını ayıran ?Çelsi?yə vurduğu qola İngiltərə liqasında 100-cü qolunu bayram edən Droqba bu qolu ilə komandasına və yeni baş məşqçisinə nəfəs verib. Oyuna gəldikdə isə ?Çelsi?nin qələbəsində rəqib oyunçu Fullerin böyük payı olub. Onun 25-ci dəqiqədə gördüyü qırmızı kart ?Zadəganlar?ın qələbə qazanmaq şansını yüksəldib. İngiltərə Premyer Liqasında dünən ?Liverpool? isə səfərdə ?Sanderland?ın qonağı olub. ?Qırmızılar? ev sahiblərinin basqılı oyunu qarşısında 56-cı dəqiqəyə qədər duruş gətirə biliblər. Bu dəqiqədə ?Sanderland?lı Fraizer Campbellin ötürməsini Nicklas Bendtner qola çevirə bilib. Qalan dəqiqələrdə qol səsi çıxmayınca ev sahibləri 1-0-lıq qələbələrini bayram ediblər. Məğlubiyyətdən sonra ?Liverpool? 39 xalla 7-ci yerdəki mövqeyini qoruyub. Ev sahibləri isə xalını 37-ə çatdırmaqla, ?Liverpool?un ardınca 8-ci pillədə qərarlaşıblar.