Elmar Hüseynovun anım mərasimi keçiriləcək
Martın 2-də mərhum jurnalist Elmar Hüseynovun anım mərasimi keçiriləcək. RATİ xəbər verir ki, mərasim saat 12-də jurnalistin İkinci Fəxri xiyabandakı məzarı önündə başlayacaq.
1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra ?Monitor? jurnalını təsis edib.
Jurnalist 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04