Ötən il 97 jurnalist öldürülüb
Ötən il dünyada 97 jurnalist öldürülüb, 1000-dən çoxu saxlanılıb və 174 nəfəri isə həbs edilib. Bu, Sərhədsiz Reportyorlar Təşkilatının hesabatında deyilir. Hesabatda Türkiyədə 60-dan artıq jurnalistin həbsxanada olduğunu bildirilir.
Təşkilatın hesabatına görə, Pakistan bununla ikinci ildir ki, mətbuat azadlığı baxımından dünyanın ən təhlükəli ölkəsi seçilib. Ötən il Pakistanda 10 jurnalist öldürülüb, 3 jurnalist isə həbs edilib.
Pakistandan sonra dünyada mətbuat azadlığının ən təhlükəli olduğu ölkələr Meksika, Honduras, Çin, Eritrea, Somali, Əfqanıstan sıralanır.
Təşkilat 2011-ci ildə 2010-cu illə müqayisədə dünyada öldürülən, həbs edilən, saxlanılan, hökumət və ya cinayətkar qruplaşma tərəfindən təzyiq və təhdidlərə məruz qalan jurnalistlərin daha çox olduğunu açıqlayıb.
anspress
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04