Son Türkiyə çempionu "Fənərbaxça" klubu 2012-ci ilin ilk derbisində "Beşiktaş"ı 2:0 hesabı ilə məğlub etməklə yeni rekorda imza atıb. Qol.Az-ın məlumatına görə, "Fənərbaxça" klubu əzəli rəqbilərinə qarşı son 28 Superliqa oyununda cəmi 3 dəfə məğlub olub. "Qalatasaray" və "Beşiktaş"la derbilərdə "Fənərbaxça"nın açıq-aşkar üstünlüyü nəzərə çarpır. Belə ki, "sarı-lacivərdlilər" "Beşiktaş"la keçirdikləri 14 oyundan 9-da qələbə qazanıb, 6-da bərabərə qalarkən, cəmi bir dəfə məğlub olub. "Qalatasaray"la keçirilən oyunların 10-da qələbə qazanıb, 2 heç-heçə edən "Fənərbaxça" cəmi 2 dəfə meydandan məğlub ayrılıb. Ümumilikdə derbilərdə 19 qələbə qazanıb, 6 heç-heçə edən və cəmi 3 dəfə məğlub olan "Fənərbaxça" bu görüşlərdə rəqib qapılarına 46 qol vurarkən, qapısında cəmi 24 top görüb.