Foqts "185"likdən kənarda qaldı
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) XXI əsrin ilk 10 illiyi üçün dünyanın ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb.
Qol.Az-ın məlumatınan görə, 185 məşqçinin yer aldığı siyahıda Azərbaycan milli komandasının çalışdırıcısı Berti Foqts yer almayıb.
Lakin "Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şefer siyahıda 59-cu pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıya 166 xalla "Mançester Yunayted"in əfsanəvi məşqçisi Ser Aleks Fergüsson başçılıq edir.
"Arsenal"ın çalışdırıcısı Arsen Venger 165 xalla ikinci, "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo isə 154 xalla 3-cü olub.
Dünyanın ən yaxşı məşqçilərinin ilk 10-luğu belədir:
1.
Ser Aleks Fergüsson
Şotlandiya
166
2.
Arsen Venger
Fransa
165
3.
Joze Mourinyo
Portuqaliya
154
4.
Fabio Kapello
İtaliya
135
5.
Quus Hiddink
Hollandiya
112
6.
Karlo Ançelotti
İtaliya
108
7.
Visente del Boske
İspaniya
104
8.
Marselo Bielsa
Argentina
101
Luiz Felipe Skolari
Braziliya
101
10.
Rafael Benitez
İspaniya
97
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11