Türkiyə Futbol Federasiyası itki ilə üzləşib. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar vəzifəsindən istefa verib. Aydınlarla birlikdə iki vitse-prezident ? Göksəl Gümüşdağ və Lütfü Arıboğan da istefaya gedib. Fevralın 27-də TFF-nin yeni prezidentini seçmək üçün fövqəladə qurultayı keçiriləcək. Xatırladaq ki, danışılmış oyunlarla bağlı istintaq və həbslərlə əlaqədar ötən ilin iyulundan bəri Türkiyə futbolunda ciddi böhran yaranıb. Qalmaqalda ?Fənərbaxça? başda olmaqla, 8 klubun adı hallanır. TFF UEFA-nın israr etməsinə baxmayaraq, indiyə qədər bu klublara cəza verməyib.