Milli komandamızın yeni rəqibləri bəlli oldu
Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında iştirakını yenidən bərpa edib. Qol.Az-ın Azərbaycan Basketbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yığmamız C divizionunda mübarizə aparacaq.
Artıq yarışın püşkü atılıb və millimiz iyulun 10-15-də Makedoniyanın Struqa şəhərində baş tutacaq çempionatda A qrupunda yer alıb. Basketbolçularımızın rəqibləri Şotlandiya, Moldova və Malta yığmaları olacaq. B qrupunda isə Makedoniya, Avstriya, Qibraltal və Uels komandaları mübarizə aparacaqlar.
Oyunların təqvimi
10 iyul
Şotlandiya - Azərbaycan
Moldova - Malta
Avstriya - Uels
Gibraltar - Makedoniya
11 iyul
Malta- Şotlandiya
Azərbaycan - Moldova
Makedoniya - Avstriya
Uels - Gibraltar
12 iyul
Şotlandiya - Moldova
Malta - Azərbaycan
Avstriya - Gibraltar
Makedoniya - Uels
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11