Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun səhhətində problem yaranıb. MİA supersport.az saytına istinadən yaydığı məlumata görə, təcrübəli mütəxəssis Türkiyədə bağırsağından cərrahiyyə əməliyyatı olunub. Mircavadov məlumatı təsdiq edib. Hazırda İzmit şəhərində olan məşqçi özünü yaxşı hiss etdiyini bildirib. Mütəxəssis iki həftə sonra vətənə dönəcəyini söyləyib.