FIFA milli komandaların 2011-ci il üçün son reytinq cədvəlini açıqlayıb. Azərbaycan millisi dekabr reytinqində 1 pillə irəliləyərək, 112-ci pilləyə qalxıb. Son reytinq hesablanan müddətdə oyun keçirilmədiyindən, millilərin çoxu yerində qalıb. İspaniya (1564) 1-ci, Hollandiya 2-ci (1365), Almaniya 3-cüdür (1345). Rusiya 971 xalla 12-ci, Türkiyə millisi isə 769 xalla 28-ci pillədə qalıb. Yeni ildə ilk reytinq siyahısı yanvarın 18-də açıqlanacaq.