Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Unibank Premyer Liqasının son turunda baş vermiş hadisələrlə bağlı müvafiq qərarlar qəbul olunub. Unibank Premyer Liqasının XVII turunun ?Turan? ? ?Qəbələ? matçının 83-cü dəqiqəsində ?Qəbələ? klubunun 15 nömrəli futbolçusu Nodar Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2 min manat cərimələnib. Unibank Premyer Liqasının XVII turunun ?Kəpəz? ? ?Xəzər Lənkəran? matçının 42-ci dəqiqəsində ?Kəpəz? klubunun 28 nömrəli futbolçusu Milan Antiç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub. Unibank Premyer Liqasının XVII turunun ?Qarabağ? ? ?Rəvan? matçında ?Rəvan? klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba min manat cəza kəsilib. Unibank Premyer Liqasının XVII turunun AZAL ? ?Simurq? matçında ?Simurq? klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib. Unibank Premyer Liqasının XVII turunun ?İnter? ? ?Neftçi? matçında ?İnter? klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində ?İnter? klubunun baş məşqçisi Kaxaber Sxadadze texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyunluq cəzalanır, kluba min manat cəza kəsilib.