Bu gün Premyer Liqada XIII turun qalan oyunları keçirilib. Qəbələyə 1000-ci qolun ardınca yollanan ?Neftçi? evə 3 xalla dönməyi planlaşdırırdı. Lakin flaqmanın cəhdi uğursuz alınıb. Nəticədə ?Neftçi? Bakıya xalsız qayıtmaq məcburiyyətində qalıb. ?Bakı?nın ?Turan?la oyunu isə qol yağışı ilə yadda qalıb. Maliyyə problemlərindən əziyyət çəkən Tovuz klubu rəqibinə ciddi müqavimət də göstərməyib. Sonuncu matca gəldikdə, ?Şəfa? stadionunda keçirilən ?İnter? - ?Qarabağ? qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb. ?Qəbələ? ? ?Neftçi? 1:0 Aleksandr Çertoqanov, 40 ?Bakı? ? ?Turan? 5:0 Denis İvanov, 15, Haviyer Junior, 28, 88, Uinston Parks, 39, Soliç, 44 ?İnter? - ?Qarabağ? 0:0