Türkiyə millisindən biabırçı məğlubiyyət
Futbol üzrə Türkiyə millisi Euro-2012-nin pley-off oyununda Xorvatiya yığmasına böyük hesabla məğlub oldu. İstanbulda keçirilən qarşılaşma qonaqların 3:0 hesabı ilə başa çatdı. Türkiyə millisi ilk qolu qapısında 2-ci dəqiqədə görüb. İvika Oliç türkləri şoka salan qola imza atıb. 32-ci dəqiqədə Mandzukiç komandasının üstünlüyünü iki qola çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. 52-ci dəqiqədə Çorluka Türkiyə millisinin qapısından üçüncü topu keçirib və türklər üçün heç-heçəni əlçatmaz edib.
Beləliklə, Xorvatiya millisi cavab qarşılaşmasına böyük üstünlüklə gedir. Türkiyə yığmasının isə Avropa çempionatının final mərhələsinə çıxmaq şansları möcüzəyə qalıb.
Digər tərəfdən Türkiyə millisinin dörd oyunçusu - Hakan Balta, Sabri, Emre və Arda cavab oyununu buraxmalı olacaq. Onlar sarı kart həddini keçdikləri üçün cəzalı vəziyyətə düşüblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11