"Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev işdən çıxıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, bundan əlavə, əməliyyatlar şöbə rəisi Fərid Hüseynov da istefa verib.

Eyni zamanda qurumun əməkdaşları Aytən Osmanzadə və İlkin Ramazanlı da öz ərizələri ilə MMC-dən ayrılıblar.

Qeyd edək ki, hər üç şəxs öz ərizəsi ilə, yeni iş yeri seçdiklərini əsas gətirərək tutduğu vəzifələrdən azad olunmalarını rəhbərlikdən xahiş ediblər.