Əlahiddə Ümumqoşun Orduda üç pilləli, iki tərəfli olmaqla keçirilən növbəti komanda-qərargah təlimi başa çatıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, təlimin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində oynanılması həyata keçirilib.