Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.
Mia.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9517 nəfər qəbul olunub. Bu da nəzərdə tutulan qəbul planının 84 faizini təşkil edir. Qəbul olunan gənclərdən 8.113-ü qeydiyyatdan keçərək tələbə adını qazanıb.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi sentyabrın 1-dən 5-dək internet vasitəsilə aparılacaq.
Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının 11-ci nömrəsində təqdim olunacaq.