Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.
Bu barədə Mia.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.