Bu gün Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə - Lerik rayonunda 3,1 bal gücündə növbəti  zəlzələ baş verib.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:04:43-də qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bundan əvvəl cənub bölgəsində 5.1 bal, daha sonra isə 3.7 bal gücündə zəlzələlər olub.