Ədliyyə naziri Fikrət Məmmədov avqustun 31-də Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində  Hacıqabul, Şirvan və Kürdəmir rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı qəbul edəcək.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (055) 420-75-95, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektrona qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.