Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Türkiyənin "Beşiktaş" komandası səfərdə Serbiyanın "Partizan” komandası ilə qarşılaşıb.
Mia.az bildirir ki, oyunda hesabı ev sahibləri açıb.
Belə ki, 14-cü dəqiqədə Gomis "Beşiktaş"ın qapısına qolu atıb - 1:0.
Bu qoldan cəmi bir dəqiqə sonra isə Quarezmanın gözəl pası ilə Tolqa Arslan hesaba tarazlıq gətirib - - 1:1.
Oyun bu hesabla başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaması bir həftə sonra - avqustun 30-da İstanbulda keçiriləcək.