Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə Moldovanın "Şerif” komandası ilə qarşılaşıb.
Mia.az bildirir ki, oyunda hesabı ev sahibləri açıb.
Belə ki, 9-cu dəqiqədə Rifet Kapiç "Şerif"in qoluna imza atıb - 1:0.
Oyun bu hesabla başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaması bir həftə sonra keçiriləcək.