Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mia.az AFFA-ya istinadən xəbər verir ki, iclasda "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Neftçi" ilə matçın 67-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Klub isə 200 manat məbləğində cərimə olunub.