Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a daxil olan məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-da başlayıb və bu gün saat 23:59-dək davam edəcək. İxtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.
Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.