Bu gün Türkiyə futbolunda super kubokun sahibi müəyyənləşib.
Mia.az xəbər verir ki, liqa çempionu "Qalatasaray" super kubok uğrunda Türkiyə kubokunun sahibi "Akhisarspor”la qarşılaşıb. Oyunda hesabı 45-ci dəqiqədə "Akhisarspor” açıb. 79-cu dəqiqədə isə "Qalatasaray" hesaba tarazlıq gətirib. Oyun 1-1 hesabı ilə başa çatdığından (əlavə vaxtda da hesab dəyişməyib) qalib penaltilərlə müəyyənləşib.
Penalti seriyasında isə "Qalatasaray" uduzub - 4:5.
"Qalatasaray”ın heyətində hücumçu Qomisin zərbəsini qapıçı dəf edib.