"Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynlinin qızı Lalə dənizdə boğulub.
Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 33 yaşlı Lalə avqustun 4-də Xəzər dənizinin Mərdəkan hissəsində boğulub.
Şahidlərin sözlərinə görə, hadisə zamanı dəniz çox dalğalı olub.
Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Allah rəhmət eləsin!