32 yaşlı futbolçu ciddi zədə səbəbindən karyerasını son qoymuşdu.Veteran yarımmüdafiəçi Zeynal Zeynalov AFFA-da işə başlayıb. Keçmiş futbolçu bölgələrdə istedadlı futbolçuların üzə çıxarılması ilə məşğul olacaq. Qeyd edək ki, Z.Zeynalov Azərbaycan futbolu tarixinə bir çox yığmada oynaması ilə düşüb. Belə ki, çimərlik futbolu, eləcə də futzalda uzun müddət oynamış veteran futbolçu Berti Foqtsun dəvəti ilə bir müddət millidə də çıxış edib. 32 yaşlı futbolçu ciddi zədə səbəbindən karyerasını son qoymuşdu. O, ?MKT-Araz?, ?Neftçi?, ?Karvan?, ?Muğan? və ?Standart? komandalarında da uğurla çıxış edib.