Azərbaycanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Mia.az  xəbər verir ki, o, xəstəlikdən əziyyət çəkirmiş.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görkəmli bəstəkarla vida mərasimi iyulun 31-də saat 12.00-dan 14.00-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcəkdir.

Allah rəhmət eləsin!