Milli Məclisin keçmiş deputatı, Azərbaycanın istiqlalçı deputatlarından olan Məryəm Həsənova vəfat edib.

Mia.az xəbər verir ki, 80 yaşlı sabiq deputat uzun müddət xəstə idi. O, bu gün Bakıdakı mənzilində dünyasını dəyişib. Sabah saat 11:00-da Təzə Pir məscidində onunla vida mərasimi olacaq. 

Mərhumə doğulduğu Siyəzən rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!