Türkiyə milli komandası və ?Qalatasaray? klubunun keçmiş futbolçusu, hakim Ədalət və İnkişaf partiyasının millət vəkili Hakan Şükür aylıq maaşını Van vilayətində baş vermiş zəlzələdə ziyan görənlərə bağışlayıb. Şükür, Van millət vəkili Burhan Kayatürkün telekanallardan birində keçirilən yardım kampaniyasında maaşını zəlzələ zonasına bağışlamasından sonra analoji addımı atıb. Hakan Şükür həmçinin bütün millət vəkillərinin maaşlarını zəlzələdə zərər görənlərə bağışlaması üçün bu gün Türkiyə Böyük Millət məclisinə təklif verəcəyini bildirib.