Bu gün abituriyentlərin ali məktəblərə qəbulu üzrə növbəti imtahan keçirilib.
Dövlət İmtahan Məktəbi tərəfindən keçirilmiş II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.
Bunu təhsil eksperti Kamran Əsədov iddia edib. O bildirib ki, iki cavabı olan suallardan biri də 91 saylı test tapşırığıdır: "Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. DİM-in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir. Burda hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.
K.Əsədov növbəti səhv testi də yayımlayacağını bildirib.
****
Səslənən fikirlərə cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlama verib.
"Səslənən fikirlərə cavab olaraq deyə bilərəm ki, test tapşırıqlarında hər hansı yanlışlıq yoxdur”.
