Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçiminə başlanıb.
Dövlət İmtahan Mərkəzindən ( DİM) verilən xəbərə görə, ixtisas seçimi iyulun25-dən avqustun 6-dəkinternet vasitəsiləhəyata keçirilir.
İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə)ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayanabituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Xatırladaq ki, məktəbi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün mart ayında aparılan qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 6-dək aktiv olacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.