AFFA yanında Media Komitəsi ilə bağlı məsələyə İcraiyyə Komitəsinin növbəti iclasında baxılacaq. 

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə qurumun baş katibi Elxan Məmmədov bildirib. 

O deyib ki, növbəti iclas sentyabrın sonu - oktyabrın əvvəlində təşkil olunacaq. Həmin toplantıda Media Komitəsi ilə bağlı müvafiq qərar qəbul olunacaq.