"Keşlə" və "Qəbələ"dən sonra "Neftçi” komandası da Avropa Liqasındakı mübarizəni dayandırmalı olub.

Mia.az xəbər verir ki, "Neftçi" 3-1-lik qalibiyyətin revanşında Macarıstanın "Uypeşt”ı komandasına rüsvayçı hesabla uduzub.

Belə ki, komandamız  qapısından 4 cavabsız qol keçirərək, avroliqaya vida edib - 4:0 (ilk oyun 1-3)

Bununla da Avropa Liqasında mübarizə aparacaq heç bir komandamız qalmayıb.