Şotlandiyada baş tutan futbol qarşılaşmalarından birində kuryoz qol qeydə alınıb. ANS PRESS-in məlumatına görə, Şotlandiya kubokunun ikinci mərhələsi çərçivəsində oynanan ?Okinlek Telbot? ? ?Triv Rovers? qarşılaşmasında qolkiper Endi Leyşman öz cərimə meydançasından vurduğu zərbə ilə həmkarı Vinni Parkerin qapısına birbaşa yol tapıb. Qeyd edək ki, ?Okinlek Telbot? ? ?Triv Qovers? qarşılaşması birincilərin 8:1 hesablı qələbəsilə yekunlaşıb.