Ermənistanın yeni hakimiyyəti Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir.
İşğalçı ölkə Qarabağdan Ermənistana növbəti yol çəkməyi planlaşdırır. Ermənistan nəqliyyat naziri Aşor Akopyanın separatçı rejimin "şəhərsalma naziri" Karen Şahramanyanla görüşü zamanı Zəngilan-Mincivan-Gorus yolunun çəkilməsi müzakirə edilib.