Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatı uğrunda Belçika və İngiltərə milliləri üz-üzə gəlib.
Mia.az bildirir ki, İranlı hakim Alireza Faqaninin idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:00-da "Sankt-Peterburq" stadionunda baş tutub.
Oyuna sürətli başlayan Belçika yığması 4-cü dəqiqədə hesabı açıb. Meunier qolu vurub - 1-0.
69-cu dəqiqədə ingilislər qol fürsətini qaçırıb. Belə ki, belçikalı müdafiəçi topu qapı cizgisindən çıxarıb.
78-ci dəqiqədə Belçika milliləri çox gözəl kombinasiyalarla ingilislərin qapısı önünə çıxaraq gözəl zərbə vurublar. Lakin ingilis qapıçı gözəl reaksiya ilə topun qapıdan keçməsinə imkan verməyib.
82-ci dəqiqədə isə Edin Hazar ikinci qolu ingilislərin qapısından keçirib - 2-0
Oyun bu hesabla bitib.
Beləliklə, Belçika DÇ-2018-də üçüncü yeri tutaraq, bürünc medalı qazanıb.