Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.

Mia.az FHN-ə istinadən bildirir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

 Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.