Quba rayonunda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, Qubadakı otellərdən birində kanatın qırılması nəticəsində otelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mia.az-ın əldə etdiyi məlumata görə, hadisə "Quba Palace Hotel”də baş verib.