Bu gün DÇ-2018-in 1/4 finalında ev sahibi Rusiya ilə Xorvatiya milliləri üz-üzə gəliblər.
Mia.az bildirir ki, oyunun 31-ci dəqiqəsində Çereşev Rusiyanı önə çıxaran qola imza atıb.
O, uzaq məsafədən mükəmməl zərbə ilə xorvatların qapıçısı Subaşiçi "ovlayıb" - 1-0.
40-cı dəqiqədə Kramariç hesabı bərabərləşdirir - 1:1
Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib.
Xorvatiyalı fitbolçular bu dəqiqələrdə ruslara təzyiqi artırıblar. Lakin hesab dəyişməyib və hakim oyuna 30 dəqiqə əlavə edib.
100-ci dəqiqədə xorvatlar "Beşiktaş"lı Vidalın başla vurduğu qolla önə çıxıblar - 1-2
111-ci dəqiqədə Rusiya milliləri iki əlverişli fürsəti qola çevirə bilməyiblər. Xorvatların qapıçısı Subaşiç gözəl oyunu ilə iki qola imkan verməyib.
115-ci dəqiqədə isə Rusiyanın brazilyalı oyunçusu Fernandes cərimə zərbəsindən ötürülən topu başla qola çevirib - 2-2.
120-ci dəqiqə də hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib.
İlk penaltini ruslar atıb:
- Rusiyalı Smolov - vura bilmir, qapıçı Subaşiç qaytarıb.
- Xorvatiyalı Borozoviç - 0:1.
- Rusiyalı Zaqoyev - 1:1
- Xorvatiyalı Kovaçin qolunu isə Akenfeyev qaytarıb .
- Rusiyalı Fernandes topu bayıra atıb.
- Modriç - 1:2
- İqnaşeviç - 2:2
- Vidal - 2:3
- Kuzayev - 3:3
- Rakitiç - 3:4
Və beləliklə, penaltilərlə 4-3 qlaib gələn Xorvatiya yarımfinala vəsiqə qazanıb. Yarımfinalda xorvatların rəqibi İngiltərə millisi olacaq.